Mourinyo Kalafiorini “Real”a gətirmək istəyir

4 İyun 2026 08:12
97
Mourinyo Kalafiorini “Real”a gətirmək istəyir

“Real Madrid”ə təyinatı gözlənilən məşqçi Joze Mourinyo ilk transfer prioritetini müəyyənləşdirib.

İdman.Biz bildirir ki, portuqaliyalı menecer Madrid klubundan “Arsenal”ın müdafiəçisi Rikkardo Kalafiorini transfer etmələrini istəyib. Jurnalist Ramon Alvarez de Mon bu barədə sosial mediada məlumat verib.

Mənbənin məlumatına görə, Mourinyo oyunçunun çoxyönlülüyündən təsirlənib - o, həm mərkəzi müdafiədə, həm də sol cinahda oynaya bilir. Ötən mövsüm oyunçu “Arsenal”da bütün yarışlarda 36 oyunda iştirak edib, bir qol vurub və üç məhsuldar ötürmə edib. Transfermarkt-ın məlumatına görə, onun bazar dəyəri 55 milyon avrodur.

İdman.Biz