“Arsenal” və “Bavariya” klubları 23 yaşlı “Ayntraxt Frankfurt” və Almaniya millisinin müdafiəçisi Nataniel Braunla maraqlanır.
İdman.Biz-in xəbərinə görə, jurnalist və insayder Əkrəm Konur bu barədə sosial mediada məlumat verib.
Mənbənin məlumatına görə, oyunçu uğrunda mübarizə klublar arasında qızışır. Almaniya millisinin baş məşqçisi Yulian Nagelsmann Braunu dünya çempionatı heyətinə daxil etdikdən sonra ona maraq xeyli artıb. Hər iki klub müdafiəçi üçün əsas namizəd hesab olunur və “Ayntraxt” Braunun gedişinin qaçılmaz olduğunu qəbul edir. Lakin klub mövqeyini açıq şəkildə bildirərək, oyunçunu 80 milyon avrodan aşağı qiymətə buraxmayacağını bildirib.
Braun bu mövsüm “Ayntraxt”da 42 oyuna çıxıb, dörd qol vurub və altı məhsuldar ötürmə edib. Transfermarkt-ın məlumatına görə, onun bazar dəyəri 40 milyon avrodur.
