“Everton” “Arsenal”ın hücumçusu Qabriel Jezusla müqavilə imzalamaqda maraqlıdır, lakin London klubunun şərtlərini yerinə yetirmək istəmir.
İdman.Biz bu barədə “Football Insider”ə istinadən məlumat verir.
“Everton” iki əsas maneə ilə üzləşir. Birincisi, maliyyə limitidir: “Arsenal” 29 yaşlı braziliyalı oyunçunu 20 milyon funt sterlinqə (23 milyon avro) qiymətləndirir ki, bu da “Everton”un limitidən çoxdur. İkincisi, əmək haqqı xərcləridir: Jezus London klubunda ən yüksək maaşlardan birini alır ki, bu da “Everton”un büdcəsinə ciddi yük yarada bilər.
Oyunçunun ötən mövsümkü statistikası transferin cəlbediciliyini daha da azaldır: 27 matçda cəmi altı qol vurub və diz zədəsi səbəbindən altı ay meydandan kənarda qalıb. Transfermarkt Jezusu 17 milyon avro dəyərində qiymətləndirir.
