UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda Moldovanın "Şerif" komandası İsrailin "Makkabi" komandasını qəbul edib.
İdman.Biz xəbər verir ki, qonaqlar 5:0 hesablı inamlı qələbə qazanıblar. Saed Abu-Farkhi iki qol vurub. Dor Peretz, Sagiv Yehezkel və İssuf Sissoko da fərqləniblər.
Cavab matçı bir həftə sonra keçiriləcək.
“Qarabağ” üçüncü təsnifat mərhələsinə keçərsə, bu cütlüyün qalibi ilə qarşılaşacaq. Xatırladaq ki, Ağdam təmsilçisinin Bolqarıstanın “CSKA Sofia” kollektivi ilə ilk matçı 0:0 hesabı ilə bitib.
