“Barselona”nın baş məşqçisi Hans-Diter Flik 2025/2026 mövsümü üçün İspaniya liqasının ən yaxşı məşqçisi seçilib.
İdman.Biz bildirir ki, La Liqanın mətbuat xidməti bu barədə məlumat yayıb.
Bu, Flikin ardıcıl ikinci mükafatıdır. O, ən yaxşı məşqçi adı uğrunda səsvermədə “Xetafe”nin baş məşqçisi Xose Bordalas və “Vilyarreal”ın baş məşqçisi Marselino Toralı geridə qoyub.
Flikin rəhbərliyi altında Kataloniya klubu ardıcıl ikinci mövsüm liqa titulunu qazanıb və 38 oyundan sonra 94 xal toplayıb. Son La Liqa mövsümündə “Barselona” cəmi altı məğlubiyyətlə üzləşib və 95 qol vuraraq turnirin ən çox qol vuran komandası olub.
Flik 2024-cü ilin may ayından “Barselona”ya rəhbərlik edir. Onun Kataloniya klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir və əlavə bir mövsüm üçün də seçim mümkündür.
