“Ayaks” “Real Madrid”in mərkəz yarımmüdafiəçisi Daniel Sebalyosla müqavilə imzalamaq üçün danışıqların son mərhələsindədir.
İdman.Biz bu barədə jurnalist və insayder Matteo Morettoya istinadən bildirir.
29 yaşlı futbolçu bu yay Niderland klubuna qoşula bilər.
Klubun məşqçilər heyəti daha gənc oyunçulara üstünlük verdiyi üçün Sebalyos daha çox oyun vaxtı axtararaq "Real Madrid"dən ayrılmaq niyyətindədir. “Ayaks” Sebalyos üçün “Real Madrid”ə təxminən 6 milyon avro təklif edib, lakin Madrid klubu hələlik yekun qərar verməyib. Yarımmüdafiəçi bu mövsüm “Real Madrid”də 23 oyunda meydana çıxıb, qol vurmayıb və məhsuldar ötürmə etməyib.
Sebalyosun Madrid klubu ilə müqaviləsi 2027-ci ilə qədərdir. Transfermarkt-a görə, onun bazar dəyəri 8 milyon avrodur.
