Kloppdan Karragerə cavab: “Türkiyə liqasının səviyyəsi aşağı deyil”

8 Avqust 2026 11:11
78
Kloppdan Karragerə cavab: “Türkiyə liqasının səviyyəsi aşağı deyil”

“Trabzonspor”un Məhəmməd Salahı heyətinə qatması futbol dünyasında geniş müzakirələrə səbəb olub. “Liverpul”un əfsanəvi futbolçusu Ceymi Karrager misirli ulduzun Türkiyə klubunu seçməsini tənqid edərək bu ölkə çempionatının Salah üçün kifayət qədər səviyyəli olmadığını bildirib.

“Liverpul”un sabiq baş məşqçisi Yurgen Klopp isə Karragerin fikirlərinə sərt reaksiya verib.

İdman.Biz xəbər verir ki, Klopp hesab edir ki, Salahın karyerası ilə bağlı qərarlarına kənardan edilən tənqidlər onun üçün əhəmiyyət daşımır:

“İnsanların Məhəmməd Salahın digər liqalar əvəzinə Türkiyə çempionatını seçməsi ilə bağlı nə dedikləri mənə heç maraqlı deyil. Bunu burada açıq şəkildə deyim: O, futbolçu kimi nə etdiyini çox yaxşı bilir. Onun kimi ən yüksək səviyyəli oyunçu özü üçün hər zaman doğru qərarlar verir.

Əminəm ki, klub həqiqətən nələrəsə nail olmaq istəyirsə, o, hər dəfə vəziyyəti dəyişərək klubu daha da yaxşı vəziyyətə gətirə bilər.

Mən həmişə bunu deyirəm: hər bir yüksək səviyyəli oyunçunun onu sevməyənləri var. Buna görə də özünüzü necə göstərməyinizdən asılı olmayaraq, nifrət yenə ortaya çıxacaq.

Mənim fikrimcə, Türkiyə aşağı səviyyəli liqa deyil. Əgər o, verdiyi qərardan razıdırsa, ona qarşı belə mənasız sözlər söyləməyin heç bir mənası yoxdur”

İdman.Biz