İngiltərənin “Liverpul” futbol klubunun sabiq yarımmüdafiəçisi Ceymi Karrager klubun misirli sabiq hücumçu Məhəmməd Salahın karyerasını Türkiyənin “Trabzonspor” klubunda davam etdirmək qərarını şərh edib.
İdman.Biz xəbər verir ki, ingiltərəli veteran misirli futbolçunun seçimindən təəccübləndiyini gizlətməyib.
“Mən heç vaxt düşünmürdüm ki, o, Səudiyyə Ərəbistanına gedəcək, çünki bunun üçün həddindən artıq yaxşı futbolçudur. Mənə elə gəlirdi ki, o, A Seriyasında oynaya bilər. Mənim üçün Türkiyə çempionatı onun səviyyəsi üçün çox aşağıdır. Əmin idim ki, o, “Milan”, “Yuventus” və ya buna bənzər başqa bir kluba keçəcək. Ola bilsin ki, problem onun maaş tələbləri olub”, - deyə Karrager vurğulayıb.
Qeyd edək ki, Məhəmməd Salah doqquz il “Liverpul”un formasını geyindikdən sonra azad agent kimi klubdan ayrılıb və “Trabzonspor”a keçib.
