“Neftçi” “Sabah”la oyuna hazırlaşır - FOTO

26 Sentyabr 2026 20:00
73
“Neftçi” “Sabah”la oyuna hazırlaşır

Azərbaycanın “Neftçi” futbol komandası növbəti matça hazırlıqlarını davam etdirir.

İdman.Biz xəbər verir ki, komanda məşqlərini “Palms Sports” Futbol Mərkəzində keçir.

Baş məşqçi Yuri Vernidubun rəhbərliyi altında hazırlıq keçən futbolçular bu gün ikitərəfli oyun keçiriblər.

Qeyd edək ki, “Neftçi” 9 oktyabrda Azərbaycan Premyer Liqasının yeddinci turunda “Sabah”la qarşılaşacaq. Görüş saat 19:30-da “Palms Sports Arena”da başlayacaq.

İdman.Biz