Boateng “Trabzonspor”da məşqçi kimi fəaliyyət göstərəcək

26 Sentyabr 2026 20:40
73
Boateng “Trabzonspor”da məşqçi kimi fəaliyyət göstərəcək

“Bavariya” və Almaniya millisinin sabiq futbolçusu Jerom Boateng “Trabzonspor”un məşqçilər korpusuna qoşulacaq.

İdman.Biz insayder Fabrisio Romanoya istinadən xəbər verir ki, 38 yaşlı mütəxəssis komandanın baş məşqçisi Tomas Raysın köməkçisi vəzifəsində çalışacaq. Tərəflər artıq əməkdaşlıq müqaviləsi imzalayıblar.

Boateng futbolçu karyerasını 2025-ci ilin yayında Avstriyanın “LASK” klubunda başa vurub. Həmin ilin aprel-avqust aylarında isə Avstriya klubunun ehtiyat komandasında baş məşqçi Andreas Vaylandın köməkçisi kimi çalışıb.

“Trabzonspor” altın turdan sonra Türkiyə Super Liqasının turnir cədvəlində yeddinci pillədə qərarlaşıb.

İdman.Biz