“Real Madrid” futbol klubu Kilian Mbappenin diz zədəsi ilə bağlı getdikcə daha çox narahat olmağa başlayıb.
İdman.Biz AS nəşrinə istinadən xəbər verir ki, ilkin qiymətləndirmə klub daxilində “pis təəssürat” yaradıb. Mbappenin tibbi müayinələrinin tam nəticələrinin bir neçə saat ərzində bəlli olacağı gözlənilir.
Mbappe zədəni dünən Fransanın Millətlər Liqasında Türkiyə üzərində 1:0 hesablı qələbəsi ilə başa çatan oyunda alıb. Hücumçu yeganə qolu vurduqdan dərhal sonra sol dizində ağrı hiss edib və qısa müddət sonra meydanı tərk etmək məcburiyyətində qalıb.
Fransa millisinin baş məşqçisi Zinedin Zidan Mbappenin milli komandanın düşərgəsini tərk edərək əlavə müayinələr üçün Madridə qayıdacağını təsdiqləyib. Fransa Futbol Federasiyası problemi dizin həddindən artıq gərilməsindən sonra yaranan tendon zədəsi kimi təsvir edib.
27 yaşlı futbolçu Fransa millisinin heyətində 67 qol vurub və son Dünya Çempionatında 10 qolla ən məhsuldar oyunçu olub.
