Yamal: “Mənim pis oyunum başqasının 400 pis matçına bərabərdir”

26 Sentyabr 2026 18:10
70
Yamal: “Mənim pis oyunum başqasının 400 pis matçına bərabərdir”

“Barselona”nın və İspaniya milli komandasının futbolçusu Lamine Yamal “Qızıl top” uğrunda mübarizədəki iddiaları, ictimaiyyətin onun yaşına münasibəti və medianın üzərində yaratdığı təzyiq barədə danışıb.

İdman.Biz İspaniya mediasına istinadən xəbər verir ki, 19 yaşlı ispaniyalı futbolçu artıq “gənc istedad” statusunu geridə qoyduğunu və uzun müddətdir “Qızıl top”u qazanmağa layiq səviyyədə çıxış etdiyini bildirib:

“Səmimi olsam, elə bir səviyyədə olduğumu düşünürəm ki, bu, təkcə bu il deyil, artıq uzun müddətdir ki, “Qızıl top”u qazanmağa imkan verir. Bunu hamı bilir, anlayırlar ki, mən fərq yaradan oyunçuyam. Məncə, bəziləri belə düşünür: “Laminin 19 yaşı var, o bunu gələcəkdə haçansa qazanacaq, gəlin onu başqa birinə verək”.

Gənc futbolçu özünü uğurdan doymayan insan kimi xarakterizə edib:

"Mən sadəcə qazanmalı, qazanmalı və qazanmalıyam. Elə bir məqam gələcək ki, heç bir mübahisə qalmayacaq. Bəzi insanlar olacaq ki, bu onların xoşuna gələcək, bəziləri isə “o nə qədər zəhlətökəndir” deyəcək. Bu normaldır.

Əgər dünyada uğurdan sonra heç vaxt sakitləşməyən və normal standartları olmayan bir nəfər belə insan varsa, o insan mənəm.

Lamine Yamalın ifasında pis oyun hər hansı başqa bir insanın 400 pis matçına bərabərdir. Mən matçı 10-dan 9-la keçirirəm, insanlar isə yeddi ilə oynadığımı deyirlər”.

İdman.Biz