Belçika milli komandasının baş məşqçisi Mark van Bommel Millətlər Liqasında İtaliya üzərində 2:0 hesablı qələbədən sonra komandasının çıxışını dəyərləndirib.
İdman.Biz xəbər verir ki, niderlandlı mütəxəssis xüsusi olaraq milli komandanın yarımmüdafiə xəttinin lideri Kevin De Bruyneni fərqləndirib.
“De Bruyne dünya çempionatındakından daha yaxşı oynadı. Və bu mənim sayəmdə deyil, onun öz xidmətidir. Mən həqiqətən hesab edirəm ki, Kevin indi dünya çempionatında olduğundan daha güclüdür.
Bizdə oyunların taleyini həll etməyə qadir olan Kevin kimi bir oyunçunun olması əladır. O, Belçika futbolunun tarixində ən yaxşı oyunçu olaraq qalır”.
