“Barselona”, “Arsenal” və “Atletiko” Kristian Romero uğrunda mübarizə aparır

8 Avqust 2026 10:11
86
“Barselona”, “Arsenal” və “Atletiko” Kristian Romero uğrunda mübarizə aparır

Madridin “Atletiko” klubu “Tottenhem”in mərkəz müdafiəçisi Kristian Romeronun transferini mümkün qədər tez yekunlaşdırmağa çalışır.

İdaman.Biz xəbər verir ki, İspaniya klubu 28 yaşlı argentinalı futbolçu üçün yaxın vaxtlarda yeni təklif göndərəcəklər.

Madrid təmsilçisi “Tottenhem”in kapitanı üçün təxminən 40 milyon avro təklif edəcək. Bu məbləğ London klubunun futbolçu üçün tələb etdiyi rəqəmə yaxındır.

Kristian Romeronun transferi uğrunda mübarizəyə “Barselona” və “Arsenal”ın da qoşula biləcəyi ehtimal olunur. Buna görə də “Atletiko” transfer hədəfini əldən verməmək üçün sövdələşməni mümkün qədər qısa müddətdə rəsmiləşdirmək istəyir.

İdman.Biz