Elvin Yunuszadənin müdəxiləsi ilə başlayan hücum qolla bitdi - VİDEO

8 Avqust 2026 13:11
100
Elvin Yunuszadənin müdəxiləsi ilə başlayan hücum qolla bitdi - VİDEO

Futbol üzrə Türkiyə Birinci Liqasında 2026/2027 mövsümünə start verilib.

Azərbaycanlı futbolçu Elvin Yunuszadənin formasını geyindiyi “Boluspor” “Manisa”nı qəbul edib.

İdman.Biz xəbər verir ki, Elvin Yunuszadə komandasının ilk qolunun vurulmasında iştirak edib.

Belə ki, oyunun 6-cı dəqiqəsində Elvinin müdəxiləsi ilə başlayan hücum sonda qolla tamamlanıb.

Lakin 90 dəqiqənin sonunda E. Yunuszadənin komandası 1:2 hesabı uduzub.

Yığmamızın sabiq müdafişçisi 58-ci dəqiqədə əvəzlənib.

İdman.Biz
Məqalədə: