“Konyaspor” növbəti baş məşqçini yola salıb

Xəbərlər
11 Yanvar 2024 00:42
125
“Konyaspor” növbəti baş məşqçini yola salıb

Türkiyə Superliqasında növbəti baş məşqçi istefası baş verib.

İdman.biz xəbər verir ki, “Konyaspor”un çalışdırıcısı Hakan Keleş tutduğu vəzifəni tərk edib.

O, “Fənərbaxça”ya 1:7 hesablı məğlubiyyətdən sonra bu qərarı verib. Keleş komandaya mövsümün gedişində dəvət olunub. 9-cu turdan sonra Aleksandr Stanoyeviçlə yollarını ayıran “Konyaspor” 52 yaşlı mütəxəssislə anlaşıb. Amma Hakan da komandanı çətin vəziyyətdən çıxara bilməyib. Konyalılar onun rəhbərliyi ilə meydana çıxdıqları 10 qarşılaşmada cəmi 9 xal toplayıblar. Hesabında 18 xal olan Konya klubu 18-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, komandaya Ömər Ərdoğanın başçılıq edəcəyi xəbərləri yayılıb. Ərdoğan 10-cu turda “Alanyaspor”un baş məşqçi vəzifəsindən istefaya göndərilib.

İdman.biz