İtaliya A Seriyasının dördüncü turunda “Atalanta” doğma meydanda “Kalyari”yə 1:2 hesabı ilə məğlub olub.
İdman.Biz xəbər verir ki, Berqamo şəhərindəki “Ceviss – Atletu Azzurri d'İtaliya” stadionunda keçirilən görüşdə qonaqların heyətində Paul Mendi və Daniel Maldini, meydan sahiblərindən isə Canluka Skamakka fərqlənib.
Mendi 19-cu dəqiqədə “Kalyari”ni hesabda önə keçirib. Skamakka 41-ci dəqiqədə tarazlığı bərpa edib. Maldini 61-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək komandasına qələbə qazandırıb.
Dörd turdan sonra 6 xal toplayan “Atalanta” turnir cədvəlinin doqquzuncu pilləsində qərarlaşıb. 9 xalı olan “Kalyari” isə dördüncü yerdədir.
22:07
İtaliya A Seriyasının dördüncü turunda “Milan” və “Latsio” komandaları üz-üzə gəlib.
İdman.Biz xəbər verir ki, qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Matçda hesabı 10-cu dəqiqədə “Latsio”nun vingeri Matteo Çançellieri açıb. 39-cu dəqiqədə niderlandlı hücumçu Teyyanni Noslin romalıların ikinci qolunu vurub.
“Milan”ın yeni transferi Dieqo Moreyra 65-ci dəqiqədə fərqi azaldıb. O, iki dəqiqə sonra dubl edərək hesabı bərabərləşdirib.
Bu nəticədən sonra “Latsio” 10 xalla A Seriyasının turnir cədvəlinə başçılıq edir. “Milan” isə 8 xalla 4-cü pillədə qərarlaşıb.
Turun digər qarşılaşmasında "Cenoa" və "Frozinone" klubları da hərəyə bir qol vuraraq qalibi müəyyənləşdirə bilməyiblər - 1:1.
