“Mançester Siti”nin keçmiş baş məşqçisi Xosep Qvardiolanın yaxın vaxtlarda kluba qayıtmaq planları yoxdur.
“The Mirror” qəzetinin məlumatına görə, 2İnter Mayami”nin həmsahibi Devid Bekhem Xavyer Maskeranonun gedişindən sonra 55 yaşlı mütəxəssisi baş məşqçi kimi işə götürmək istəyib.
MLS klubunun rəhbərliyi Şimali Amerikada keçiriləcək 2026-cı il Dünya Kuboku zamanı ispaniyalı ilə mümkün tərəfdaşlığı müzakirə etməyə ümid edirdi.
Mənbənin məlumatına görə, Qvardiola danışıqlarda maraqlı deyil. Məşqçi “Mançester Siti”dəki 10 illik karyerasını başa vurduqdan sonra karyerasına uzun müddət fasilə vermək və ailəsinə vaxt ayırmaq niyyətindədir. Həmçinin bildirilir ki, o, Dünya Kuboku oyunlarına qatılmağı planlaşdırmır və istirahət vaxtı futboldan tamamilə uzaqlaşmağa üstünlük verir.
