Konate yayda “Liverpul”dan azad agent kimi ayrılacaq

29 May 2026 04:13
799
Konate yayda “Liverpul”dan azad agent kimi ayrılacaq

“Liverpul”un müdafiəçisi İbrahima Konate İngiltərə klubundan azad agent kimi ayrılacaq.

İdman.Biz-in insayder Ben Ceykobsa istinadən məlumatına görə, oyunçu aprel ayında müqavilənin bağlanmaq üzrə olduğunu bildirsə də, “Liverpul” və Konate hələ də razılığa gələ bilməyiblər.

Konate 2021-ci ilin yayından “Liverpul”da oynayır. O, İngiltərə klubuna Almaniyanın “RB Leypsiq” komandasından keçib. Mediada yayılan məlumatlara görə, transfer haqqı 40 milyon avro olub.

2025/2026 mövsümündə müdafiəçi mersisayd klubunda bütün yarışlarda 51 oyun keçirib. O, iki qol vurub - bir qol İngiltərə Premyer Liqasında və birini UEFA Çempionlar Liqasında.

İdman.Biz