“Real” “Borussiya”nın müdafiəçisi üçün 60 milyon avroluq transfer hazırlayır

10 İyun 2026 06:13
78
“Real” “Borussiya”nın müdafiəçisi üçün 60 milyon avroluq transfer hazırlayır

“Real Madrid” “Borussiya Dortmund”un mərkəz müdafiəçisi Niko Şlotterbeklə ciddi maraqlanır.

İdman.Biz-in “Bild”ə istinadən verdiyi məlumata görə, 26 yaşlı futbolçu “Kral Klubu”nun müdafiəsini gücləndirmək üçün namizədlər arasındadır.

Mənbəyə görə, Madrid alman müdafiəçi üçün transfer təklifi hazırlayır. Müqavilənin dəyəri bonuslar xaric 50 milyon avro ilə 60 milyon avro arasında dəyişə bilər.

Şlotterbekin “Real Madrid”in baş məşqçisi təyinatı ilə əlaqələndirilən Joze Mourinyo tərəfindən də bəyənildiyi bildirilir.
Ötən mövsüm müdafiəçi bütün yarışlarda 37 oyun keçirib, beş qol vurub və iki məhsuldar ötürmə edib. Onun “Borussiya Dortmund”la müqaviləsi 2031-ci ilin yayına qədərdir.

Transfermarkt-ın məlumatına görə, onun bazar dəyəri 55 milyon avrodur.

İdman.Biz