“Malyorka”nın hücumçusu Vedat Muriqi Türkiyənin “Fənərbağça” klubu ilə şəxsi müqaviləsini razılaşdırıb.
İdman.Biz bildirir ki, 32 yaşlı hücumçu İstanbul klubunun yeni prezidenti Aziz Yıldırımın əsas hədəfidir.
İnsayder Fabrizio Romano sosial mediada müqaviləni təsdiqləyib və transfer haqqını açıqlayıb. Romanonun sözlərinə görə, “Fənərbağça” oyunçunun transferi üçün “Malyorka”ya 15 milyon avro ödəyəcək.
2025/2026 mövsümündə Muriqi La Liqada 23 qolla ikinci olub, “Barselona”nın hücumçusu Lamin Yamal və “Real Madrid”in hücumçusu Vinisius Junioru (hər ikisi 16 qolla) geridə qoyub. Daha çox qol vuran yalnız “Real Madrid”in hücumçusu Kilian Mbappe (25) olub. Çempionatdan sonra “Malyorka” 38 matçda 42 xal toplayaraq Sequndaya düşüb. Komanda 18-ci yeri tutub.
