Yoşko Qvardiol “Siti” ilə müqavilənin uzadılmasını müzakirə edir

10 İyun 2026 09:08
117
Yoşko Qvardiol “Siti” ilə müqavilənin uzadılmasını müzakirə edir

“Mançester Siti” Xorvatiya millisinin müdafiəçisi Yoşko Qvardiol üçün müqavilənin uzadılması üzərində işləyir.

İdman.Biz bu barədə jurnalist Ben Ceykobsa istinadən bildirir.

“Bavariya” və “Barselona” da oyunçu ilə müqavilə imzalamaqda maraqlıdır. “Mançester Siti” müdafiəçinin komandada qalmasını istəyir və danışıqlar müsbət gedir.

Yoşko Qvardiol 2023-cü ilin yayından “Siti”dədir. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. Transfermarkt portalındakı məlumata görə, onun hazırkı bazar dəyəri 70 milyon avrodur.

İdman.Biz