“Tottenhem Hotspur” cari mövsümün sonunda “Mançester Siti2dən ayrılacaq mərkəz müdafiəçisi Con Stounzu transfer etməyi düşünür.
İdman.Biz-in “The Independent”ə istinadən məlumatına görə, London klubu 31 yaşlı futbolçunu komandanın ehtiyac duyduğu lider kimi görür.
Mənbənin məlumatına görə, “Tottenhem”in çalışdırıcısı Roberto De Dzerbi yeni qapıçı əldə etmək istəyir. “Mançester Siti”nin qapıçısı Ceyms Trafford seçim kimi nəzərdən keçirilir.
De Dzerbinin keçmiş klubu “Brayton”dan oyunçuları transfer etməyi düşündüyü bildirilir. İtaliyalı menecer müdafiəçi Yan Pol van Hekke, yarımmüdafiəçi Karlos Baleba və qapıçı Bart Verbrüqqenlə transfer etməkdə maraqlıdır.
“Tottenhem” həmçinin “Bornmut”un müdafiəçisi Markos Senesi və “Liverpul”un müdafiəçisi Endryu Robertsonla da maraqlanır. Hər iki oyunçu mövsümün sonunda klublarını tərk edəcək.
