“Real Madrid” prezident seçkilərinin tarixini açıqlayıb

27 May 2026 01:35
146
“Real Madrid” prezident seçkilərinin tarixini açıqlayıb

“Real Madrid” rəsmi saytında prezident seçkilərinin tarixini açıqlayıb.

İdman.Biz bildirir ki, seçkilər iyunun 7-də yerli vaxtla saat 9:00-dan 20:00-dək “Real Madrid”in basketbol pavilyonunda keçiriləcək.

İki namizəd iştirak edəcək: hazırkı prezident Florentino Peres və ispaniyalı iş adamı Enrike Rikelme.

2006-cı ildən bəri ilk dəfə olaraq ən yüksək vəzifə uğrunda ən azı iki namizəd mübarizə aparacaq.

Əvvəllər Rikelmenin “Real Madrid” büdcəsinin 15%-nə bərabər olan, təxminən 187-193 milyon avro məbləğində bank hesabı açdığı bildirilirdi. 18 yaşdan yuxarı klub üzvləri səs vermək hüququna malikdirlər.

İdman.Biz