“Spartak Moskva”dakı vəziyyətindən narazı olan portuqaliyalı Gedson Fernandes Türkiyə Superliqasına qayıtmağa hazırlaşır.
İdman.Biz Türkiyə mətbuatına istinadən bildirir ki, portuqaliyalı yarımmüdafiəçinin transferi uğrunda “Beşiktaş” və “Qalatasaray” mübarizə aparır.
Məlumata görə, 27 yaşlı oyunçu Türkiyəyə qayıtmağa hazırdır.
“Beşiktaş” təmsilçiləri artıq keçmiş oyunçuları ilə əlaqə qurublar.
Oyunçunun dəyəri 18 milyon avro olaraq qiymətləndirilir. Fernandesin “Spartak”la müqaviləsinin bitməsinə hələ 3 il var. Bu mövsüm Gedson 36 oyunda meydana çıxıb, 6 qol vurub və 4 məhsuldar ötürmə edib.
