“Liverpul” qapıçısı Alisson Bekkerə yeni müqavilə təklif edib.
İdman.Biz bu barədə jurnalist və insayder Fabrizio Romanoya istinadən bildirir.
Mənbənin məlumatına görə, klub 33 yaşlı qapıçını ən azı bir mövsüm saxlamağa ümid edir. Alisson hazırda daha əlverişli şərtlər və uzunmüddətli müqavilə təklif edən Yuventusla danışıqlar aparır. Lakin oyunçu hələlik yekun qərar verməyib.
Alisson Bekker 2018-ci ildə "Roma"dan 72,5 milyon avroya "Liverpul"a transfer olunub. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. Transfermarkt Alissonun bazar dəyərini 17 milyon avro olaraq qiymətləndirir.
