“Bavariya” “Nyukasl Yunayted”in cinah oyunçusu Entoni Qordonla müqavilə bağlamaq üçün 29 yaşlı qapıçı Aleksandr Nübeli də müqaviləyə daxil etmək niyyətindədir.
İdman.Biz-in Bild-ə istinadən məlumatına görə, Münhen klubu ingilis cinah oyunçusunun hazırda 68 milyon funt sterlinq (78,8 milyon avro) olan qiymətini aşağı salmağa çalışır.
Mənbənin məlumatına görə, “sağsağanlar” komandanın hazırkı qapıçısı Nik Poupun ayrılmağa yaxın olduğu üçün aktiv şəkildə qapıçı axtarışındadır. Nübelin “Ştutqart”da icarə müddətindən sonra “Bavariya”ya qayıtması gözlənilir, lakin karyerasını Almaniya nəhəngində davam etdirməsi ehtimalı azdır.
Bu mövsüm Qordon bütün yarışlarda 46 oyunda meydana çıxıb, 17 qol vurub və beş məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 60 milyon avrodur.
