Niko Qonsales “Mançester Siti”dən ayrılmağa hazırdır

27 May 2026 00:38
164
Niko Qonsales “Mançester Siti”dən ayrılmağa hazırdır

“Mançester Siti”nin yarımmüdafiəçisi Niko Qonsales oyun praktikasının azlığı səbəbindən klubdan ayrılmağı düşünür.

İdman.Biz bu barədə “The Times”a istinadən bildirir.

Mənbənin məlumatına görə, 24 yaşlı futbolçu start heyətindəki yerini itirməsindən məyusdur və buna görə də bu yay klubdan ayrıla bilər. İspaniya və İtaliya klubları Qonsalesə maraq göstəriblər.

Bu mövsüm Qonsales bütün yarışlarda 41 oyunda meydana çıxıb və iki qol vurub. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 45 milyon avrodur.

İdman.Biz