“Roma” rəsmi saytında hücumçu Donyell Malenin “Aston Villa”dan transfer olunduğunu elan edib.
İdman.Biz bildirir ki, 27 yaşlı hücumçunun müqaviləsi 30 iyun 2030-cu ilə qədərdir.
Yanvar ayında niderlandlı oyunçu “Roma” klubuna icarəyə verilib. Bu müddət ərzində Malen A Seriyasında 18 oyunda meydana çıxıb, 14 qol vurub və iki məhsuldar ötürmə edib. Transfermarkt-ın məlumatına görə, onun bazar dəyəri 35 milyon avrodur.
“Roma” ötən mövsüm A Seriyasında 73 xal qazanaraq üçüncü yeri tutaraq Çempionlar Liqasına vəsiqə qazanıb.
