A Seriyası: “Latsio” evdə autsayderi çətinliklə məğlub edib - YENİLƏNİB + VİDEO

24 May 2026 00:45
925
A Seriyası: “Latsio” evdə autsayderi çətinliklə məğlub edib

İtaliya futbol çempionatının 38-ci turunda Romanın “Latsio” komandası evdə “Piza”nı məğlub edib.

Oyun ev sahibi komandanın xeyrinə 2:1 hesabı ilə başa çatıb. Qalib komandadan qolları Fisayo Dele-Bəşiru (33) və Pedro (35), qonaq komandadan isə Stefano Moreo (23) vurub.

“Latsio” 54 xal toplayaraq doqquzuncu yerdə qərarlaşıb və Avropa yarışlarına vəsiqə qazana bilməyib. “Piza” (18 xal) 20-ci yeri tutub və B Seriyasına düşüb.

22:12

İtaliya A Seriyası mövsümünün 38-ci turunun “Bolonya” və “İnter” arasında keçirilən son oyunu başa çatıb.

İdman.Biz bildirir ki, Bolonyadakı “Renato Dall'Ara” stadionunda baş tutan oyun 3:3 hesablı heç-heçə ilə bitib.

“İnter”in müdafiəçisi Federiko Dimarko matçın ilk qolunu 22-ci dəqiqədə vurub. “Bolonya”nın hücumçusu Federiko Bernardeski 25-ci dəqiqədə hesabı bərabərləşdirib. Yarımmüdafiəçi Tommaso Pobeqa 42-ci dəqiqədə ev sahibi komandanı irəli çıxarıb. İkinci hissədə “İnter”in yarımmüdafiəçisi Petr Zelinski 48-ci dəqiqədə öz qapısına qol vurub. Qonaq hücumçu Françesko Espozito 64-cü dəqiqədə komandasının ikinci qolunu vurub. Oyunun sonlarında, 87-ci dəqiqədə “İnter”ın yarımmüdafiəçisi Endi Diuf hesabı bərabərləşdirib.

38 oyundan sonra “Bolonya” 56 xalla A Seriyası turnir cədvəlində səkkizinci yerdə başa vurub. “İnter” isə 87 xalla çempion olub.

İdman.Biz