İngiltərədə “Hall Siti” və “Midlsbro” arasında 2025/26 Çempionşip pley-off finalı başa çatıb.
İdman.Biz bildirir ki, “Hall Siti” 1:0 hesabı ilə qalib gəlib. Matç Londondakı “Uembli” stadionunda keçirilib.
Yeganə qolu 90+5-ci dəqiqədə Oliver Makberni vurub.
Yarımfinalda “Hall Siti” “Milluoll” komandasını məğlub edib (0:0, 2:0), “Midlsbro” isə “Sauthempton” komandasına məğlub olub (0:0, 0:1), lakin digər komandaların məşqlərinin icazəsiz videoya çəkilməsi səbəbindən “Saunthempton”a texniki məğlubiyyət verilib.
Daha əvvəl “Koventri Siti” və “İpsviç Taun” birbaşa Premyer Liqaya yüksəlmişdilər.
“Hall Siti”nin sahibi türkiyəli iş adamı Acun Ilıcalıdır.
