“Seltik” 43-cü dəfə Şotlandiya Kubokunu qazanıb

23 May 2026 20:11
130
“Seltik” 43-cü dəfə Şotlandiya Kubokunu qazanıb

“Seltik” və “Danfermlin” arasında Şotlandiya Kubokunun final oyunu baş tutub.

İdman.Biz bildirir ki, “Seltik” 3:1 hesabı ilə qalib gəlib. Qarşılaşma Qlazqodakı “Hampden Park”da baş tutub.

19-cu dəqiqədə Daizen Maeda hesabı açaraq “Seltik”ə üstünlük qazandırıb. 36-cı dəqiqədə Arne Engels fərqi ikiqat artırıb. 73-cü dəqiqədə Keleçi İheanaço Qlazqo klubunun üçüncü qolunu vurub. 80-ci dəqiqədə “Danfermlin”in heyətində Coş Kuper təsəlli qolunu vurub.

“Seltik” 43-cü dəfə Şotlandiya Kubokunu qazanıb. Onlar həmçinin 2025/26 mövsümündə Şotlandiya çempionu olublar və Şotlandiya Liqa Kubokunun finalında “Sent-Mirren”ə 3:1 hesabı ilə məğlub olublar.

İdman.Biz