Lamin Yamal mövsümün ən yaxşı gənc futbolçusu seçilib

23 May 2026 16:36
153
Lamin Yamal mövsümün ən yaxşı gənc futbolçusu seçilib

İspaniyanın “Barselona” klubunun ulduz vingeri Lamin Yamal “The Athletic” nəşrinin jurnalistləri tərəfindən mövsümün ən yaxşı gənc futbolçusu seçilib.

İdman.Biz xəbər verir ki, nəşrdə futbolçunun çətin oyunlarda komandanı arxasınca apardığı xüsusi vurğulanıb.

Yamal cari mövsümdə 55 oyunda meydana çıxaraq 24 qol vurub və 18 məhsuldar ötürmə edib.

18 yaşlı futbolçu “Barselona” ilə birlikdə vaxtından əvvəl İspaniya La Liqasının çempionu olub.

Vingerin transfer dəyəri 200 milyon avro qiymətləndirilir. Onun “Barselona” ilə müqaviləsi 2031-ci ilə qədər qüvvədədir.

İdman.Biz