“Ən-Nəsr”və Portuqaliya millisinin hücumçusu Joau Feliks 2025/26 mövsümündə Səudiyyə Ərəbistanı Pro Liqasının ən yaxşı futbolçusu seçilib.
İdman.Biz bu barədə xarici KİV-ə istinadən xəbər verir ki, məlumatı çempionatın rəsmi mətbuat xidməti açıqlayıb.
Cari mövsümdə Feliks Pro Liqada 33 oyuna çıxaraq 20 qol vurub və 10 məhsuldar ötürmə edib.
Onun komanda yoldaşı Kriştianu Ronaldu isə mövsümü 30 matçda 28 qol və iki assistlə başa vurub.
Mövsümün yekunlarına əsasən “Ən-Nəsr” 86 xalla Səudiyyə Ərəbistanı çempionu olub.
