İngiltərənin “Arsenal” klubunun baş məşqçisi Mikel Arteta komandasının Premyer Liqa çempionluğundan sonra maraqlı açıqlama verib.
İdman.Biz xəbər verir ki, İspan mütəxəssis bir neçə dəfə çempionluğu əvvəlcədən təsəvvür etdiyini bildirib.
“Mançester Siti”nin “Bornmut” ilə 37-ci tur matçında 1:1 hesablı heç-heçə etməsindən sonra “Arsenal” vaxtından əvvəl İngiltərə çempionu olub.
“Topçular” 22 ildən sonra ölkə çempionluğunu qazanıblar.
“Qələbəni dəfələrlə təsəvvür edirdim. Xüsusilə ona görə ki, bir neçə mövsüm ərzində buna çox yaxın olmuşduq.
Son aylarda vizuallaşdırma üzərində çox işlədim. Gözlərimi bağlayanda dərhal kuboku qaldırdığım səhnəni görə bilirdim. Bu, əvvəlki mövsümlərdən fərqli idi. Mövsümün əvvəlində yox, daha çox mart-aprel aylarında bu hiss gücləndi”, - deyə Arteta bildirib.
Mütəxəssis əlavə edib ki, əvvəlcə özü buna inanmalı idi ki, bu inamı və enerjini komandaya da ötürə bilsin.
