İPL: “Aston Villa” Çempionlar Liqasına altıncı vəsiqənin taleyini həll edəcək - İDMAN.BİZ-in İCMALI

23 May 2026 14:56
99
İPL: “Aston Villa” Çempionlar Liqasına altıncı vəsiqənin taleyini həll edəcək - İDMAN.BİZ-in İCMALI

İngiltərə Premyer Liqasında(İPL) son tur bir neçə vacib məsələyə aydınlıq gətirəcək.

İdman.Biz xəbər verir ki, artıq çempionluq məsələsi həll olunub: “Arsenal” mövsümün qalibi olub, “Mançester Siti”, “Mançester Yunayted” və “Aston Villa” isə Çempionlar Liqasına vəsiqəni təmin ediblər.

Lakin “Aston Villa”nın turnir cədvəlindəki yekun mövqeyi İngiltərədən Çempionlar Liqasına neçə komandanın gedəcəyini müəyyənləşdirəcək.

Əgər “Aston Villa” dördüncü yeri qorusa, Çempionlar Liqasına Premyer Liqa vasitəsilə vəsiqə qazanacaq, UEFA reytinqinə görə əlavə vəsiqə isə beşinci yerdəki “Liverpul”a veriləcək.

Əgər "Birmingem" klubu beşinci yeri tutsa, Avropa Liqasının qalibi kimi Çempionlar Liqasına gedəcək. Bu halda əlavə vəsiqə altıncı pillədəki “Bornmut” və ya “Brayton”a keçə bilər.

“Mançester Siti” – “Aston Villa”

Turun mərkəzi oyunu “Etihad” stadionunda keçiriləcək, burada “Mançester Siti” “Aston Villa”nı qəbul edəcək. Meydan sahibləri üçün mövsüm çempionluq mübarizəsi baxımından faktiki olaraq artıq başa çatıb, lakin Unai Emerinin komandası üçün bu qarşılaşma böyük əhəmiyyət daşıyır.

“Aston Villa”ya dördüncü yeri qorumaq üçün məğlub olmamaq kifayətdir. Məğlubiyyət halında Birmingem təmsilçisi “Liverpul” – “Brentford” matçının nəticəsini gözləməli olacaq. Əgər mersisaydlılar qələbə qazansalar, “Liverpul” xalların sayına görə “Aston Villa”ya çatacaq və daha yaxşı top fərqi hesabına rəqibini qabaqlayacaq. Məhz həmin halda İngiltərə Çempionlar Liqasında altı komanda ilə təmsil oluna bilər.

Əlavə edək ki, bu görüş Pep Qvardiolanın “Mançester Siti”nin baş məşqçisi kimi son matçı olacaq. Bu səbəbdən “şəhərlilər” çalışacaqlar ki, öz məşqçilərini layiqli şəkildə yola salsınlar.

“Tottenhem” – “Everton”

“Tottenhem” üçün son tur Premyer Liqada qalmaq mübarizəsinə çevrilib. Komanda heç-heçə edərsə, elitada yerini qoruyacaq.

“Vest Hem” – “Lids Yunayted”

“Vest Hem” yalnız qələbə qazanaraq və “Tottenhem”in məğlubiyyətini gözləyərək Premyer Liqada qala bilər.

38-ci turun oyunları (Bakı vaxtı ilə 19:00)

“Brayton” – “Mançester Yunayted”

“Bernli” – “Vulverhempton”

“Kristal Pelas” – “Arsenal”

“Fulhem” – “Nyukasl”

“Liverpul” – “Brentford”

“Mançester Siti” – “Aston Villa”

“Nottingem Forest” – “Bornmut”

“Sanderlend” – “Çelsi”

“Tottenhem” – “Everton”

“Vest Hem” – “Lids Yunayted”

Turnir cədvəli (38-ci turdan əvvəl)

1.“Arsenal” – 82

2.“Mançester Siti” – 78

3.“Mançester Yunayted” – 68

4.“Aston Villa” – 62

5.“Liverpul” – 59

6.“Bornmut” – 56

7.“Brayton” – 53

8.“Çelsi” – 52

9.“Brentford” – 52

10.“Sanderlend” – 51

11.“Nyukasl” – 49

12.“Everton” – 49

13.“Fulhem” – 49

14.“Lids Yunayted” – 47

15.“Kristal Pelas” – 45

16.“Nottingem Forest” – 43

17.“Tottenhem” – 38

18.“Vest Hem” – 36

19.“Bernli” – 21

20.“Vulverhempton” – 19

İdman.Biz