Futbol üzrə İtaliya A Seriyasında 38-ci turun əsas intriqası UEFA Çempionlar Liqasına vəsiqə uğrunda mübarizədir.
İdman.Biz xəbər verir ki, artıq “İnter” İtaliya çempionluğunu təmin edib, “Napoli” isə ilk dördlüyə düşməyi rəsmiləşdirib. Qalan iki vəsiqə uğrunda “Milan”, “Roma”,”Komo” və “Yuventus” mübarizə aparır.
Turnir vəziyyəti
Son tura qədər “Milan” və “Roma” 70 xala, “Komo” və Yuventus” isə 68 xala malikdir. Top dördlük uğrunda əsas görüşlərin hamısı eyni vaxtda start götürəcək ki, bu da mövsümün sonuna qədər intriqanı qoruyacaq.
“Verona” – “Roma”
“Roma” son tura daha üstün vəziyyətdə çıxır: artıq aşağı liqaya düşməsi dəqiqləşmiş “Verona” üzərində qələbə “canavarlar”ı Çempionlar Liqasına qaytara bilər. Komanda son həftələrdə ciddi yüksəliş nümayiş etdirib və 37-ci turda “Latsio” üzərində 2:0 hesablı qələbə qazanıb.
“Milan” – “Kalyari”
“Milan” vəziyyətə tam nəzarət edirsə “San-Siro”da “Kalyari” üzərində qələbə Çempionlar Liqasına vəsiqəni təmin edəcək.
“Torino” – “Yuventus”
“Yuventus” 37-ci turda “Fiorentina” qarşısında 0:2 hesablı məğlubiyyətlə vəziyyətini çətinləşdirib. Turin klubu hazırda 6-cı pillədədir və yalnız qələbə qazanmaqla yanaşı rəqiblərin xal itirməsini də gözləməlidir.
“Kremeneze” – “Komo”
“Komo” baş məşqçi Sesk Fabreqasın rəhbərliyi altında əla mövsüm keçirir, lakin Çempionlar Liqasına düşmək üçün həm qələbə qazanmalı, həm də rəqiblərin xal itirməsini gözləməlidir. “Kremeneze” isə liqada qalmaq uğrunda mübarizə aparır.
38-ci turun oyunları (Bakı vaxtı ilə)
22 may
“Fiorentina” – “Atalanta” 1:1
23 may
“Bolonya” – “İnter” 20:00
“Latio” – “Piza” 22:45
24 may
“Parma” – “Sassuolo” 17:00
“Napoli” – “Udineze” 20:00
“Milan” – “Kalyari” 22:45
“Kremeneze” – “Komo” 22:45
“Verona” – “ Roma” 22:45
“Leççe” – “Cenoa” 22:45
“Torino” – “Yuventus” 22:45
Turnir cədvəli (38-ci turdan əvvəl)
1.“İnter”
2.“Napoli”
3.“Milan”
4.“Roma”
5.“Komо”
6.“Yuventus”
7.“Atalanta”
8.“Bolonya”
9.“Latsio”
10.“Udineze”
11.“Sassuolo”
12.“Torino”
13.“Parma”
14.“Fiorentina”
15.“Cenoa”
16.“Kalyari”
17. “Leççe”
18.“Kremoneze”
19.“Verona”
20.“Piza”
