La Liqada “bürünc” və elitada qalacaq komandalar müəyyənləşəcək - İDMAN.BİZ-in İCMALI

23 May 2026 17:36
155
La Liqada “bürünc” və elitada qalacaq komandalar müəyyənləşəcək - İDMAN.BİZ-in İCMALI

Futbol üzrə İspaniya La Liqasında mövsüm başa çatmaq üzrədir və çempionun adı artıq məlum olsa da, son tur yenə də ciddi rəqabət vəd edir.

İdman.Biz xəbər verir ki, 38-ci tur öncəsi iki əsas sual açıq qalır: çempionatın bürünc medalını hansı komanda qazanacaq və hansı klublar son üç pillədə qərarlaşaraq Lal Liqanı tərk edəcəklər.

“Barselona” vaxtından əvvəl çempionluğu təmin edib, “Real Madrid” mövsümü ikinci pillədə başa vuracaq, üçüncü yerin taleyi isə “Vilyarreal” və “Atletiko Madrid” arasında keçiriləcək şəxsi görüşdə həll olunacaq. Turnir cədvəlinin aşağı hissəsində “Real Oviedo” artıq elitadan düşüb, “Jirona”, “Malyorka”, “Elçe”, “Osasuna” və “Levante” isə Premyerada qalmaq uğrunda mübarizəni davam etdirirlər.

“Vilyarreal” – “Atletiko Madrid”

Bürünc medallar uğrunda əsas qarşılaşma “La Seramika” stadionunda keçiriləcək. “Vilyarreal” və “Atletiko Madrid” son tura eyni xalla – 69 xalla yanaşırlar. Bu cütün qalibi mövsümü üçüncü pillədə başa vuracaq. Madrid təmsilçisinə isə heç-heçə də kifayət edir, çünki ilk dövrədə “Vilyarreal”ı 2:0 hesabı ilə məğlub edib.

“Vilyarreal” əvvəlki turda “Rayo Valyekano”ya 0:2 hesabı ilə uduzaraq vəziyyətini özü çətinləşdirib. “Atletiko Madrid” isə əksinə, həlledici oyuna “Jirona” üzərində minimal hesablı qələbədən sonra gəlir – 1:0.

Madrid klubu üçün bu qarşılaşma emosional baxımdan da xüsusi əhəmiyyət daşıyır. Belə ki, Antoine Griezmann komandanın heyətində son matçlarını keçirir. O, əvvəlki turda azarkeşlərlə ev stadionunda vidalaşıb və “La Seramika”da “Atletiko”nun heyətində son oyununa çıxacaq.

Cari mövsümdə hər iki komanda artıq Çempionlar Liqasına vəsiqəni təmin edib. Lakin üçüncü yer prestij, status və mövsümün yekun qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

“Jirona” – “Elçe”

“Montilivi” stadionundakı qarşılaşma elitada qalmaq uğrunda turun əsas oyunlarından biri olacaq. “Elçe” 42 xalla 17-ci yerdə qərarlaşıb, “Jirona” isə 40 xalla 18-ci pillədədir. Kataloniya təmsilçisi üçün vəziyyət tam aydındır – komandaya yalnız qələbə lazımdır. Digər istənilən nəticə “Jirona”nı aşağı liqa zonasından çıxarmayacaq.

“Heç-heçə” “Elçe”ni qane etsə də, Eder Sarabianın komandası özünü rahat hiss edə bilməz. Klub səfər oyunlarında uğursuz statistika ilə seçilir, qarşılaşma isə tam dolu tribunalar önündə keçiriləcək.

Bununla yanaşı, “Elçe” həlledici matça heyətlə bağlı yeniliklərlə çıxacaq. Aleiş Febas və Petro diskvalifikasiyadan sonra heyətə qayıdırlar. Adam Boaiyar və Yaqo Santyaqo isə zədəlidirlər. Baş məşqçi Eder Sarabia özü də texniki zonada olmayacaq, çünki diskvalifikasiya səbəbindən cəzasını çəkməyə davam edir.

“Jirona” isə həlledici oyun öncəsi azarkeşlərini səfərbər edib. Klub “Elçe” ilə matçın biletlərinin tam satıldığını açıqlayıb, görüşə yüksək risk statusu verilib. Əvvəlki turda “Atletiko Madrid”ə uduzan Miçelin komandası başa düşür ki, məhz bu qarşılaşma onların Primeradakı gələcəyini müəyyən edəcək.

La Liqanın 38-ci turunun oyunları (bütün matçlar Bakı vaxtı ilə saat 23:00-da başlayacaq)

23 may

“Alaves” – “Rayo Valyekano”

“Betis” – “Levante”

“Selta” – “Sevilya”

“Espanyol” – “Real Sosyedad”

“Xetafe” – “Osasuna”

“Malyorka” – “Real Oviedo”

“Real Madrid” – “Atletik”

“Valensiya” – “Barselona”

“Jirona” – “Elçe”

24 may

“Vilyarreal” – “Atletiko Madrid”

38-ci turdan əvvəl La Liqanın turnir cədvəli

1.“Barselona” – 94

2.“Real Madrid” – 83

3.“Vilyarreal” – 69

4.“Atletiko Madrid” – 69

5.“Betis” – 57

6.“Selta” – 51

7.“Xetafe” – 48

8.“Rayo Valyekano” – 47

9.“Valensiya” – 46

10.“Real Sosyedad” – 45

11.“Espanyol” – 45

12.“Atletik” – 45

13.“Sevilya” – 43

14.“Alaves” – 43

15.“Levante” – 42

16.“Osasuna” – 42

17.“Elçe” – 42

18.“Jirona” – 40

19.“Malyorka” – 39

20.“Real Oviedo” – 29

İdman.Biz