“Qarabağ” üç futbolçusu ilə yollarını ayırdı - FOTO

23 May 2026 17:31
101
“Qarabağ” üç futbolçusu ilə yollarını ayırdı

"Qarabağ" futbol klubu Emmanuel Addai, Ramil Şeydayev və Sami Mmae ilə yollarını ayırıb.

İdman.Biz xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb.

Müqavilə müddəti başa çatan Emmanuel Addai və Ramil Şeydayevlə əməkdaşlığa yekun vurulub.

İcarə əsasında "köhlən atlar"da çıxış edən Sami Mmae isə məxsus olduğu "Dinamo"ya (Xorvatiya) geri qayıdıb.

İdman.Biz