“Sumqayıt”ın futbolçusu: “Azərbaycan çempionatının səviyyəsi aşağı deyil” - MÜSAHİBƏ

23 May 2026 17:56
131
“Sumqayıt”ın futbolçusu: “Azərbaycan çempionatının səviyyəsi aşağı deyil” - MÜSAHİBƏ

"Azərbaycan çempionatının səviyyəsi heç də aşağı deyil, maraqlı və gərgin keçən bir mövsümə şahidlik etdik".

Bunu “Sumqayıt”ın yarımmüdafiəçisi Nikola Ninkoviçin qol.az saytına müsahibəsi zamanı deyib.

Həmin müsahibəni təqdim edirik.

- Çempionatın son turunda gərgin keçəndə oyunda “Qarabağ”a uduzdunuz (3:4). Qarşılaşma barədə nə deyə bilərsiniz?

- Yaxşı oyun keçdi. Mövsümün son matçı idi. Əsas odur ki, heç kim zədələnmədi. Mövsümü zədəsiz, problemsiz başa vurduq. Maraqlı matç alındı. Çoxlu qollar izlədik. Bundan sonra istirahət barədə düşünməliyik.

- Mövsümün “Sumqayıt” üçün uğursuz olması ilə razısınız?

- Çempionata yaxşı başladıq. Mövsümün ilk hissəsini çox yaxşı keçirdik. Lakin qış fasiləsindən sonra bir qədər üzüaşağı getdik. Bəzi matçlarda bəxtimiz də gətirmədi. Sona yaxın toplarlandıq, lakin artıq gec idi. Avrokuboklar şansımızı itirmişdik.

- Sizi növbəti mövsümdə də “Sumqayıt”da görə biləcəyik?

- Klub rəhbərliyi ilə danışığımız olacaq. Ona görə indidən dəqiq fikir bildirə bilmərəm. Bu barədə həm klub prezidenti, həm də klubun meneceri ilə söhbət edəcəyik.

- Azərbaycan çempionatının səviyyəsini necə qiymətləndirirsiniz?

- Liqanı bəyəndim. Azərbaycan çempionatının səviyyəsi heç də aşağı deyil. Maraqlı və gərgin bir mövsümə şahidlik etdik.

- Səviyyənin yüksək olmasını legioner limitinin ləğvi ilə əlaqələndirənlər çoxdur. Siz də bu fikirdəsiniz?

- Məncə də, limitin olmaması yaxşıdır. Bu, çempionatın səviyyəsini artırır. “Qarabağ” Çempionlar Liqasında əla nəticələr qazandı. Məncə, bunda limitin olmamasının da rolu var.

İdman.Biz