İtaliya A Seriyasının ən yaxşıları müəyyənləşib

23 May 2026 18:22
146
İtaliya A Seriyasının ən yaxşıları müəyyənləşib

İtaliya A Seriyasında 2025/26 mövsümünün fərdi mükafat sahibləri açıqlanıb.

İdman.Biz xəbər verir ki, mövsümün ən güclü futbolçusu Federiko Dimarko seçilib.

“İnter” klubunun müdafiəçisi son tur öncəsi 16 məhsuldar ötürmə ilə assistentlər siyahısına başçılıq edir. O, həmçinin mövsümdə altı qol vurub.

Ən yaxşı qapıçı adına Mile Svilar (“Roma”) layiq görülüb.

Mövsümün ən yaxşı müdafiəçisi Marko Palestra (“Kalyari”), ən yaxşı yarımmüdafiəçisi Niko Pas (“Komo”), ən yaxşı hücumçusu isə Lautaro Martinez (“İnter”) seçilib.

Mövsümün ən yaxşı gənc futbolçusu adına isə Kenan Yıldız layiq görülüb. “Yuventus”un futbolçusu bu göstəricidə bütün rəqiblərini qabaqlayıb.

İdman.Biz