“Valensiya” və “Rayo Valyekano” qalibi müəyyən edə bilmədilər

14 May 2026 23:14
93
“Valensiya” və “Rayo Valyekano” qalibi müəyyən edə bilmədilər

İspaniya La Liqasının 36-cı turunun “Valensiya” və “Rayo Valyekano” komandaları arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir ki, matç “Mestalla” stadionunda (Valensiya, İspaniya) baş tutub və 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Yeddinci dəqiqədə “Rayo Valyekano”nun yarımmüdafiəçisi Rendi Ntekya penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib. Qonaq komandanın oyundakı ilk qolunu 21-ci dəqiqədə müdafiəçi Florian Lejen vurub. “Valensiya”nın yarımmüdafiəçisi Dieqo Lopes cavab qolunu 40-cı dəqiqədə vurub.

İspaniya liqasında 36 oyundan sonra “Valensiya” 43 xala malikdir və turnir cədvəlində 11-ci yerdədir. “Rayo Valyekano” 44 xalla doqquzuncu yerdədir.

İdman.Biz