“Barselona” Flikin müqaviləsinin uzadılmasını mayın 18-də açıqlayacaq

14 May 2026 22:49
135
“Barselona” Flikin müqaviləsinin uzadılmasını mayın 18-də açıqlayacaq

“Barselona” baş məşqçi Hans-Diter Flikin müqaviləsinin uzadılmasını rəsmi olaraq 18 may bazar ertəsi günü açıqlayacaq.

İdman.Biz bu barədə sport.es-ə istinadən bildirir.

Nəşrin məlumatına görə, yeni müqavilə 2028-ci ilin yayına qədər qüvvədə olacaq və daha bir mövsüm uzatmaq imkanı olacaq. Məşqçinin hazırkı müqaviləsi 2027-ci ilə qədər qüvvədədir.

“Barselona” vaxtından əvvəl İspaniya çempionu adını qazanıb və La Liqa turnir cədvəlinə 91 xalla başçılıq edir. “Real Madrid” isə 77 xalla ikinci yerdədir. Çempionatda iki oyun qalıb və bu oyunlarda “blauqrana” “Betis” (17 may) və “Valensiya” (23 may) ilə qarşılaşacaq.

İdman.Biz