İtaliyalı məşqçi Karlo Ançelotti Braziliya milli komandası ilə müqaviləsini 2030-cu il dünya çempionatına qədər uzadıb.
İdman.Biz bildirir ki, bu barədə Braziliya Futbol Konfederasiyasının (CBF) rəsmi saytı məlumat yayıb.
“Ançelottinin dünya futbolu tarixində ən uğurlu komanda olan Braziliya milli komandasının baş məşqçisi kimi fəaliyyəti təkcə CBF-nin onun işinə verdiyi dəstəyi deyil, həm də 2025-ci ilin may ayının sonunda gəlişindən bəri komandaya və Braziliya azarkeşlərinə qazandığı etimadı əks etdirir”, - CBF-nin açıqlamasında deyilir.
66 yaşlı məşqçinin rəhbərliyi altında Braziliya yığması 10 oyun keçirib, beşində qalib gəlib, ikisində heç-heçə edib və üçündə məğlub olub.
