“Barselona” “Atletiko Madrid”in hücumçusu Xulian Alvaresin transferini başa çatdırmaqda çətinlik çəkdiyinə görə “Çelsi”nin hücumçusu Joao Pedroya diqqət yetirir.
İdman.Biz bu barədə “Mundo Deportivo”ya istinadən məlumat verir.
Mənbənin məlumatına görə, “blauqrana” braziliyalı oyunçunun nümayəndələri və agentliyi ilə əlaqə saxlayıb. Potensial transfer “Barselona”ya 70 milyon avroya başa gələ bilər ki, bu da Alvaresin transfer qiymətindən daha ucuzdur. Kataloniya klubu “Çelsi”nin Avropa yarışlarına vəsiqə qazana bilməməsi halında Pedronu əldə etmək üçün səylərini artıracaq.
View this post on Instagram
