“Real Madrid” seçki gününü açıqladı

14 May 2026 17:18
133
“Real Madrid” seçki gününü açıqladı

İspaniyanın “Real Madrid” futbol klubunda prezident və Direktorlar Şurası seçkiləri rəsmən elan olunub.

İdman.Biz xəbər verir ki, klubun Seçki Komissiyası namizədlərin 14-23 may tarixlərində müraciət edə biləcəyini açıqlayıb. Namizədlərin qəbul və elan edilməsi hər müraciətdən sonrakı gün həyata keçiriləcək.

Rəsmi məlumata görə, səsvermə yalnız birdən çox namizəd qeydə alınacağı halda baş tutacaq. Bu halda Seçki Komissiyası seçkinin keçiriləcəyi tarix və məkanı ayrıca elan edəcək.

Florentino Peresə rəqib çıxacağı təqdirdə seçkilərin 7 iyunda keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Peres daha əvvəl seçkilərə indiki Direktorlar Şurası ilə qatılacağını bəyan edib. O, bu qərarı klubun və socios adlanan üzvlərin maraqlarını müdafiə etmək istəyi ilə izah edib.

İdman.Biz