Səudiyyə Ərəbistanının “Əl-Nəsr” futbol komandasının hücumçusu Kriştianu Ronaldu biznes sahəsində yeni addım atıb.
İdman.Biz xəbər verir ki, portuqaliyalı futbolçu Braziliya mərkəzli “CazeTV” ilə əlaqəli beynəlxalq yayım platforması “LiveModeTV”dən pay alıb. Ronaldu bu addımla 2026-cı il Dünya Çempionatı ərəfəsində rəqəmsal idman yayımçılığı sektorunda mövqeyini gücləndirmək istəyir.
Ronaldu açıqlamasında əsas məqsədin idmanı daha geniş auditoriyaya çatdırmaq olduğunu bildirib.
Məlumata görə, layihə YouTube yayımları və sosial media platformalarında paylanacaq idman kontenti üzərindən geniş auditoriyaya çıxmağı hədəfləyir.
“LiveModeTV”nin 2026-cı il Dünya Çempionatı ilə bağlı pulsuz rəqəmsal yayım planları üzərində işlədiyi bildirilir. Platforma Portuqaliyada turnirin bir sıra oyunlarını YouTube üzərindən açıq yayımla təqdim etməyi planlaşdırır.
