“Real Madrid”in baş məşqçisi təyin olunmağa yaxın olan portuqaliyalı məşqçi Joze Mourinyo 7 milyon avro təzminat alacağı təqdirdə klubdan ayrıla bilər.
İdman.Biz-in “Record”a istinadən məlumatına görə, tərəflərdən hər hansı biri müqaviləni ləğv etmək qərarına gələrsə, bu məbləğ “Benfika” ilə məşqçi arasında razılaşdırılıb.
Mənbənin məlumatına görə, bu satınalma bəndi cari mövsümün son oyunundan sonra yalnız 10 gün ərzində qüvvədədir. “Benfika” prezidenti Rui Koştanın artıq Mourinyoya müqavilənin uzadılması təklifini təqdim etdiyi və cavab gözlədiyi bildirilir.
View this post on Instagram
