“Şamaxı”nı tərk edəcəyini açıqlayan baş məşqçi Ayxan Abbasovun yerinə hazırda üç yerli namizəd var.
İdman.Biz fanat.az-a istinadən xəbər verir ki, bunlar Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev, Birinci Liqanın lideri “Şəfa”da ortaya qoyduğu performansla adından söz etdirən 34 yaşlı mütəxəssis Elgiz Kərəmli və “Kəpəz”in çalışdırıcısı Azər Bağırovdur.
Rəhbərlik 2024-cü ilin noyabrında “Səbail”dən ayrılan Diniyevlə ünsiyyət qurubsa, digər iki məşqçi üçün əsas hədəf indiki iş yerlərində qalmaqdır.
Qeyd edək ki, 31 oyuna 35 xal toplayan “bənövşəyilər” Misli Premyer Liqasının turnir cədvəlinin səkkizinci pilləsində mövqe tutublar.
