Portuqaliya millisinin baş məşqçisi Roberto Martines Səudiyyə Ərəbistanı Pro Liqasının 32-ci turunun “Əl-Nəsr” və “Əl-Hilal” komandaları arasında keçirilən oyununu izləyib.
İdman.Biz bildirir ki, matç 1:1 hesabı ilə bitib.
“Kriştianunun hələ də qalib gəlmək üçün böyük bir istəyi var və Səudiyyə Ərəbistanına gələndən bəri onun səviyyəsinin aşağı düşdüyünə dair heç bir əlamət görmürəm. O, olduqca yaxşı oynayır və Portuqaliya milli komandası üçün əhəmiyyətini sübut edib. Qalib gəlmək həvəsi bütün uğurlarından və nailiyyətlərindən sonra da qalır və qələbəyə olan bu susuzluq olduqca diqqətəlayiqdir.
Lakin, təkcə nailiyyətlər milli komandada yer təmin etmək üçün kifayət deyil. Komandanın uğuruna töhfə vermək də vacibdir. Kapitan olsa da və misilsiz istedadını nümayiş etdirən misilsiz uğurlar qazansa da, milli komandadakı hər hansı digər oyunçu ilə eyni məsuliyyətləri daşıyır”, - deyə “Goal” qəzeti Martinesin sözlərini sitat gətirir.
Portuqaliya 2026-cı il dünya çempionatının K qrupunda Konqo Demokratik Respublikası (Konqo DR), Kolumbiya və Özbəkistanla qarşılaşacaq.
